AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Media və Yayım Şurası Prezidentin adından yayılan məlumatlarla bağlı xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 12:05

    Media və Yayım Şurası Prezidentin adından yayılan məlumatlarla bağlı xəbərdarlıq edib

    Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin sosial media seqmentində Prezident İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığını açıqlayıb.

    Bu barədə Şuranın yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

    Şura vurğulayıb ki, Prezidentin çıxışları, bəyanatları və fəaliyyəti ilə bağlı məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet saytı və sosial şəbəkə hesablarıdır.

    Bildirilib ki, bu mövzuda məlumatlar hazırlanarkən və yayılarkən məhz həmin mənbələrə istinad edilməli, digər resurslarda yer alan fikirlər rəsmi təsdiq olmadan Prezidentə aid edilməməlidir.

    Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyini yoxlamağa, onları paylaşmazdan əvvəl rəsmi mənbələrlə tutuşdurmağa və dezinformasiyanın yayılmasına yol verməməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR