AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda koronavirusa yoluxma artır: Azərbaycanda vəziyyət necədir?

  • + A
  • - A
  • Bu gün, 11:05

    İranda koronavirusa yoluxma artır: Azərbaycanda vəziyyət necədir?

    Koronavirusun yeni variantlarının yayılması ilə bağlı narahatlıq yenidən artıb. Qonşu İranda yoluxma hallarının çoxaldığı, ölüm faktlarının da qeydə alındığı bildirilir. Yeni alt ştamın daha sürətlə yayıldığı qeyd olunur.

    Səhiyyə eksperti, tibb elmləri doktoru Adil Qeybulla “Xəzər TV”yə açıqlamasında bildirib ki, koronavirus pandemiyası bitsə də, virusun yayılması tam dayanmayıb. Onun sözlərinə görə, bu proses bir müddət də davam edə bilər.

    Həkim-terapevt Gülnar Quliyeva isə koronavirusun yaratdığı yoluxma riskinin hələ də mövcud olduğunu bildirib.

    Mütəxəssislərin fikrincə, “Omikron” ştamının yeni mutasiyalarının nə vaxt yox olacağını və ya virusun qrip kimi mövsümi xarakter alacağını indidən söyləmək mümkün deyil.

    Hava-damcı yolu ilə yayılan infeksiya istənilən ölkədə yoluxma hallarının artmasına səbəb ola bilər. Bu baxımdan, İranda müşahidə olunan epidemioloji vəziyyətin Azərbaycanda da diqqətlə izlənilməsi əhəmiyyətlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR