İranın sosial şəbəkələrində Xudafərin görüntüləri yayılıb

Erməni iranşünas Vardan Voskanyan Azərbaycanın İranla sərhədindəki Xudafərin körpüsü istiqamətinin mümkün zərbə hədəfləri arasında ola biləcəyini iddia edib.
“Oxu.Az” xəbər verir ki, Voskanyan sosial şəbəkə paylaşımında İranın dini lideri Müctəba Xameneinin coğrafi məhdudiyyət qoyulmadan cavab zərbələri endiriləcəyi barədə açıqlamasına istinad edib.
O, bu bəyanatın mümkün hədəflərindən birinin Azərbaycan ola biləcəyini bildirib.
İddiasına sübut kimi İranın “Telegram” kanallarında yayılan görüntüləri göstərən Voskanyan kadrlarda Xudafərin körpüsünün və “Yaşa Azərbaycan” yazısının göründüyü yolun yer aldığını vurğulayıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.