AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

  • + A
  • - A
  • Bu gün, 19:00



    Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.

    Bunu Marqus Tsahkna bildirib.

    "Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb.

    O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.

    "Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR