AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib

  • + A
  • - A
  • Bu gün, 10:16

    Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov və Xidmətin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Vüsal Məmmədovun ailəsini ziyarət edib.

    Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olan Vüsal Məmmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.

    Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

    Görüşdə Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahı dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.

    Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR