Azərbaycan Könüllülərinin iştirakı ilə “Zəfər veloyürüşü” keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və “APAR”ın tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş “Zəfər veloyürüşü” keçirilib.
Veloyürüşün əsas məqsədi xalqımızın qüdrətinin və milli qürurunun təcəssümü olan tarixi Zəfərin əhəmiyyətini vurğulamaq, onun yaddaşlarda əbədiləşdirilməsinə töhfə vermək, könüllü gənclər arasında vətənpərvərlik, milli birlik və həmrəylik ruhunu gücləndirmək, eləcə də sağlam həyat tərzini təşviq etmək olub.
Dövlət Bayrağı Meydanından start götürən Azərbaycan Könüllüləri Dənizkənarı Bulvar ərazisində yerləşən velosiped yolları ilə hərəkət edərək Zəfər Parkına doğru istiqamət alıblar.
Tədbir iştirakçıları bu təşəbbüs vasitəsilə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycan xalqının tarixi Zəfərinə və milli qüruruna bir daha diqqət çəkiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.