AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • Bu gün, 11:19

    Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA

    Milli Qəhrəman, general-mayor Polad Həşimovun xəstəxanaya yerləşdirilən anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

    Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Səmayə Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.

    Müayinələr zamanı pasiyentə arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları qoyulub. Həmçinin onda pnevmoniya əlamətləri aşkarlanıb.

    Hazırda S.Həşimovanın müalicəsi Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

    Qeyd edək ki, Səmayə Həşimovanın 77 yaşı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR