AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib

  • + A
  • - A
  • Bu gün, 14:30

    Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib

    Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı enerji resurslarının tədarükü məsələlərində, digər istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb və Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açıb.

    "Report"un Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Mixol Martin Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə bildirib.

    "Həm qitənin iqtisadi təhlükəsizliyinin, həm də hibrid hücumlardan və digər təhdidlərdən qorunmanın təmin olunmasında çox şeyə nail olmaq mümkündür", - o bildirib.

    Baş nazir, həmçinin vurğulayıb ki, Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub. O, bu danışıqların da kifayət qədər məhsuldar olduğunu qeyd edib.

    Onun sözlərinə görə, münaqişələrin nizamlanmasında müsbət nəticələrin əldə edilməsinə töhfə verən müzakirələr çox vaxt qeyri-rəsmi şəraitdə keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR