AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Reuters": 38 ölkə Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 18:50

    "Reuters": 38 ölkə Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edib

    Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirməsi qarşıdan gələn qış mövsümündə ölkədə nüvə qəzası riskini artırır.

    38 ölkəni təmsil edən nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz fəaliyyətini təmin edən enerji infrastrukturuna hücumları dayandırmağa çağırıblar.

    Qurumların birgə bəyanatında Rusiyanın Ukraynaya qarşı müharibəsi və ölkənin enerji infrastrukturuna davam edən hücumları nəticəsində nüvə təhlükəsizliyi risklərinin artmasından ciddi narahatlıq ifadə olunub.

    Nüvə təhlükəsizliyi üzrə Avropa və Skandinaviya qurumlarına rəhbərlik edən Per Strand “Reuters“ə bildirib ki, Rusiyanın son həftələrdəki hücumları daha təhlükəli xarakter alıb. Onun sözlərinə görə, Rusiya daha böyük döyüş başlığı daşıyan və hədəfi daha dəqiq vuran dronlardan istifadə edir.

    Strand xəbərdarlıq edib ki, ən pis ssenari Ukraynanın enerji sistemində ölkənin fəaliyyət göstərən bütün doqquz nüvə reaktoruna eyni vaxtda təsir edəcək ümummilli elektrik kəsintisinin baş verməsidir.

    “Doqquz reaktorun eyni vaxtda fəaliyyətinin pozulması və radioaktiv maddələrin ətrafa yayılması ehtimalı son dərəcə ciddi vəziyyət olardı”, – o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR