AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzada həlak olan motosikletçi dəfn olundu

  • + A
  • - A
  • Bu gün, 14:57

    Qəzada həlak olan motosikletçi dəfn olundu

    Bakıda baş verən ağır yol qəzasında həyatını itirən Asif Ağaverdiyev torpağa tapşırılıb.

    Mərhumun dəfn mərasimində çoxsaylı motosikletçi iştirak edib. Onlar həmkarlarının son mənzilə aparıldığı katafalkı motosikletlərlə müşayiət ediblər.

    Qeyd edək ki, hadisə noyabrın 17-də saat 10 radələrində Yasamal rayonu Moskva prospekti 45 ünvanında baş verib. Q.Qaçayevin idarə etdiyi “Toyota” markalı avtomobil Asif Əliheydər oğlu Ağaverdiyevin idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub.

    Qəza nəticəsində kuryer işləyən motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Fakt üzrə Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

    Dəfn mərasimindən görüntüləri təqdim edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR