Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, İnstitutun strukturuna onun aparatı (şöbələr və sektorlar), Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi, eləcə də Laboratoriya və Təcrübə Mərkəzi daxildir.
İnstitutun işçilərinin say həddi 435 ştat vahidi olmaqla müəyyənləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.