AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutunda “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib

  • + A
  • - A
  • 7-05-2021, 19:19


    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib.
    “ZOOM” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.
    Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov vebinar iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini bildirib.
    İnstitut rəhbəri 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib.
    Ramazan bayramının pandemiya dövrünə təsadüf etdiyini vurğulayan rektor bayramlaşma zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyi vurğulayıb.
    Ramazan ayının insanın nəfsi ilə mübarizə aparmasında bir məqam olduğunu bildirən A.Şirinov bu günlərin forma və məzmun baxımından xüsusi önəmini diqqətə çatdırıb.
    “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda çıxış edən Aİİ İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev hədis mənbələrinə əsaslanaraq, orucluğun tarixi, məna çalarları, faydaları barədə ətraflı söz açıb. Qurani-Kərimin nazil olduğu ayın fəzilətlərindən ətraflı bəhs edən İ.Quliyev oruc tutmağın tibbi, ictimai faydalarını da vurğulayıb.
    Vebinar müzakirələr və tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR