Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətini əks etdirən fotoalbom nəşr edilib.
Nəşrin “Dövlət və din”, “Dini qurumların fəaliyyəti və onlara dövlət qayğısı”, “Dini icmaların dövlət qeydiyyatı”, “Tolerant və multikultural ənənələrin təbliği”, “Dini maarifləndirmə işi və milli-mənəvi dəyərlərin təbliği”, “Dini radikalizmlə mübarizə”, “Vətəndaş qəbulu”, “Beynəlxalq əlaqələr”, “İctimai əlaqələr və sosial fəaliyyət”, “İctimai Şura”, “Könüllü fəaliyyət”, “Mənəvi Dəyərlərin Təbliği Fondu”, “İlahiyyat İnstitutu” və s. bölmələrində ötən 20 il ərzində Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə fotoşəkillər əksini tapıb.
Fotoalbom dövlətimizin din siyasətinin, dinə diqqət və qayğısının, Dövlət Komitəsinin 20 illik fəaliyyətinin kiçik mənzərəsidir. İnanırıq ki, geridə qoyduğumuz 20 il ərzində Dövlət Komitəsinin gördüyü işlərə qiymət vermək üçün önəmli vəsait ola biləcək bu nəşr həm ümumi məzmunu, həm də bədii estetik görünüşü ilə geniş oxucu kütləsinin zövqünü oxşayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.