Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.
Azadmedia.az-ın məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən "Nicotiana Benthamiana" tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub. Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.