AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

II qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

  • + A
  • - A
  • 17-08-2021, 23:15


    Dövlət İmtahan Mərkəzinin (DİM) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.

    Bu qrup üzrə ən yüksək nəticəni Bədəlov Əflan Aslan oğlu göstərib. O, DİM-in 2021-2022-ci il tədris ili üzrə keçirilən qəbul imtahanında 691,2
    bal toplayıb. İkinci qrupun lideri Əflan Bədəlov bildirib ki, ən böyük arzularından biri Bakı Ali Neft Məktəbində təhsil almaqdır: “Bakı Ali Neft Məktəbinin Azərbaycanın ən prestijli universiteti olduğunu düşünürəm. Gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək üçün bu Ali Məktəbin mənə çox böyük yardımı olacaq. Mənim üçün ən yaxşı seçim BANM-dir”, –deyə o əlavə edib.

    Əflan Bədəlov vurğulayıb ki, seçimi BANM-in yeni açılmış Biznesin idarəedilməsi ixtisası olacaq.

    Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.

    Qeyd edək ki, Əflan Bədəlov Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin məzunudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR