AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə

  • + A
  • - A
  • 6-01-2022, 11:15

    Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən   namizədlərin  nəzərinə

    Ədliyyə Nazirliyinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanından müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə 2022-ci ilin yanvar ayının 18-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır.
    Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.
    Xatırladırıq ki, namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan hazırlıq kursları hazırda da davam edir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
    Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
    Eyni zamanda qeyd olunur ki, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir (www.exidmet.justice.gov.az) və müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanı keçiriləcəkdir.
    Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR