AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxıldı

  • + A
  • - A
  • 14-05-2022, 20:00

    Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxıldı


    Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.

    Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.

    Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Covdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR