AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsində görüş keçirilib

  • + A
  • - A
  • 20-05-2022, 21:45

    Dövlət Komitəsində görüş keçirilib

    Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan nümayəndələrin bir qismi ilə görüşüb.

    Görüşdə G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti Ketrin Marşall, Xarici Əlaqələr və Vəkillik təşkilatının direktoru Martin Kottingam, Beynəlxalq Multikultural Əməkdaşlıq Akademiyasının Prezidenti Audrey E. Kitagava, Saloniki Aristotel Universitetinin İlahiyyat fakültəsinin “Kanon və kilsə hüququ” üzrə dosenti Nikos Mangioros və digər şəxslər iştirak ediblər.

    Qonaqlara din sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırıb. Respublikamızda 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir, 37 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycanda İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları, Qafqaz Albaniyasının tarixi irsi qorunub-saxlanılır, dini qurumlara mütəmadi olaraq dövlət tərəfindən maliyyə yardımı ayrılır. Dinə dövlət qayğısı Prezident İlham Əliyevin siyasətinin mühüm prioritetlərindəndir. Həmçinin vurğulanıb ki, 30 illik işğaldan sonra azad olunan ərazilərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin, mədəni-dini irsin yenidən dirçəldilməsi, bərpası işlərinə başlanılıb.

    Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müxtəlif ölkələri təmsil edən nümayəndələr Azərbaycandakı multikulturalizm və tolerant mühit barədə geniş bilgilər əldə ediblər.

    Səmimi söhbətə görə təşəkkürlərini bildirən qonaqlar ölkəmizi yüksək dəyərlərə sahib olan multikultural cəmiyyət kimi qiymətləndiriblər.

    Qonaqlara Dövlət Komitəsi tərəfindən xarici dillərdə nəşr olunmuş kitablar hədiyyə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR