AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Adil Əliyev qətlə yetirilən cüdoçudan yazdı

  • + A
  • - A
  • 30-11-2022, 14:00

    Millət vəkili Adil Əliyev qətlə yetirilən cüdoçudan yazdı

    Millət vəkili Adil Əliyev şəxsi facebook şəbəkəsində 3 gün əvvəl qətlə yetirilən 16 yaşlı Tural Rüstəmovdan yazıb. Azadmedia.az Millət vəkilinin yazısını təqdim edir:
    "Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik. Fiziki cəhətdən sağlam gənclər yetişdirməklə bərabər, idmançılarımızın təlim-tərbiyəsi, onlara dəyərlərimizin aşılanması, eləcə də yüksək intelektuala malik olması üçün hər birimiz tam gücümüzlə səy göstəririk. Təəssüf ki, Şağan Olimpiya İdman Kompleksində Tural Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verdi. Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turala rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcəkdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR