Dünəndən bəri İranda silah anbarlarının vurulması ilə bağlı müxtəlif ittihamlar səslənir. Kimi Amerikanın, kimi İsrailin, hətta Ermənistan və Azərbaycanın adını hallandıranlar da var.
Azadnedua.az məsələyə fərqli aspektdən yanaşan tarixçi alim Zaur Əliyevin fikirlərini təqdim edir:Sosial mediada və mətbuatda İsrail İrana hücum etdi deyə yazırlar. Ən azı bunu yazanda İsrail və İran arasındakı coğrafi məsafəyə baxmaq lazımdır. İsraildən qalxan dron yaxud aviasiya nə qədər zəif olsa da İran havadan müdaifə sistemi tərəfindən müəyyən oluna bilərdi.
Gün ərzində hadisənin baş verən əraziləri tədqiq edib belə qənaətə gəlmək olar ki, İranda hərbi bazaları və obyektləri vuran nə İsrail nə də Amerikadır. Böyük ehtimalla bu İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı tərəfindən edilib. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.
Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilində yerləşən Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərçik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hal-hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir.
Bu təşkilatı dəstəkçiləri arasında Sepah, Etallat generalları ilə yanaşı ruhanilər və siyasi partiyalar da var. Eyni zamanda bu Xomeyni ideyaların üzdə qəbul edib, daxildə siyasi sistemi dəyişmək istəyən güclər təşkilat üzvlərinin gömrük, sərhəd və eyni zamanda sənədləşmə işlərini həll edirlər.
İran Xalq Mücahidlər Təşkilatı İsrail, Amerika, Britaniya və Səudiyyə ilə sıx əlaqədədir.Türkiyə MİT-inə əməkdaşlıq təklifi 80-ci illərdə etdilər də Türk dərin dövləti bunu məsləhət görməyib. Qeyd edim ki, dünyanın bir çox ölkəsində adamları olan bu təşkilat Azərbaycan və Türkiyə ərazisində yerləşə bilməyib. Maraqlısı budur ki, 2018-ci ildə təşkilat iranlı alimləri öz tərəfinə çəkməklə məşğuldur. Hətta əldə edilən məlumata görə bu iş üçün 100 milyon dollar pul ayrılıb. Buna görə də İranın yeni hərbi sistemi barədə ilkin məlumatlara malikdirlər. Onların stolunun üstündə İranın bütün açıq və gizli obyektlərinin xəritəsi var. İranın dron istehsalı edən zavodlarda adamları olan təşkilat güclü haker qrupu ilə onların beyinlərini oxuyan proqrama 50 milyon dollar pul verib.
İran Xalq Mücahidlər Təşkilatı hələlik bunu üzərinə götürməsə də 60-cı illərdən bu günədək qədər fəaliyyətini izləyəndə eyni dəsti xətti görmək olar.
Ona görə də İsrail dron yaxud təyyarə qaldırıb iddiası ilə razılaşmamaq olar, bəlkə də İsrail və Amerika bu təşkilata dəstək verib, amma reallıq budur ki, İranda baş verən partlayışlarda kənar güc yox, hakimiyyət daxili güclərin bir birlərinə qarşı savaşında axtarmaq lazımdır..
Dosent Zaur Əliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.