AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzalayıb

  • + A
  • - A
  • Dünən, 20:00

    SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzalayıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin "UCC" holdinqi arasında Anlaşma Memorandumu imzalanıb.

    AzadMedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    Nazir bildirib ki, SOCAR və Qətərin "UCC" holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır: "Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir".

    M.Cabbarov qeyd edib ki, şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR