AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Microsoft süni intellekt naminə on minlərlə çipdən yeni superkompüter hazırlayıb

  • + A
  • - A
  • 13-03-2023, 23:16

    Microsoft süni intellekt naminə on minlərlə çipdən yeni superkompüter hazırlayıb

    Bloomberg: Microsoft on minlərlə Nvidia çipini OpenAI üçün superkompüterdə birləşdirir
    Amerikanın Microsoft şirkəti süni intellekt tədqiqatı startapı OpenAI üçün ultra müasir superkompüter hazırlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
    Qeyd olunur ki, startapla müqavilə bağlanarkən Microsoft-da OpenAI-nin inkişafı üçün lazım olana oxşar heç nə yox idi.
    Məqalədə deyilir: “Microsoft, süni intellekt modellərini öyrətmək üçün on minlərlə Nvidia A100 qrafik çiplərini birləşdirməyin yollarını tapmalı və elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün serverlərin raflarda yerləşdirilmə üsulunu dəyişməli idi”.

    Bulud hesablamalarına və süni intellektə nəzarət edən Microsoft-un icraçı vitse-prezidenti Scott Guthrie layihənin konkret dəyərini açıqlamayıb, sadəcə olaraq məbləğin bir neçə yüz milyon dolları ötəcəyi ehtimalını göstərib.

    “Biz çox geniş miqyasda işləyə və etibarlı ola biləcək bir sistem arxitekturası qurduq. Bu, ChatGPT-ni mümkün etdi”, - Microsoft Azure Cloud AI İnkişafının Baş Meneceri Needy Chappell bildirib.

    Texnologiya OpenAI-yə məşhur süni intellekt chatbotu olan ChatGPT-ni buraxmağa imkan verdi. Layihə 2022-ci ilin noyabrında bütün istifadəçilər üçün əlçatan olduqdan sonra bir neçə gün ərzində 1 milyondan çox istifadəçi cəlb etdi.

    Daha əvvəl OpenAI-nin yaradıcılarından biri İlon Mask bildirmişdi ki, Microsoft süni intellekt texnologiyaları ilə işləyən startap layihələrini maliyyələşdirərək tədricən OpenAI-ni “ələ keçirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR