Qaydalara riayət edib, piyada keçidləri ilə hərəkət etmək istəyən piyadalara bəzən sürücülər yol vermir. Paytaxt ərazisindəki müşahidə kameralarının görüntüləri bunu deməyə əsas verir. Belə ki, bəzi sürücülər daha çox Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Səbail rayonlarının küçə və prospektlərində nizamlanmayan piyada keçidlərindən istifadə etmək istəyən piyadalara yol vermirlər.
Piyadalar bu keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər. Nizamlanmayan piyada keçidlərində piyadalara tək minik avtomobillərinin sürücüləri deyil, həmçinin bəzi moped və motosiklet sürücüləri də yol vermir.
Belə
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan, hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.