AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qızıl teştə qan qusanlar...

  • + A
  • - A
  • 3-07-2023, 21:56

    Qızıl teştə qan qusanlar...

    Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
    Özünü yaralamışdı, xəstəxanada olduğu üçün həbs etməmişdilər. Demək sağalır psix, narkoman. İnşallah ömürlük verərlər, ömrünün axrınacan özü əl açıb Allahdan ölümünü istəyər.
    Qızdan 10 yaş böyük olub. Evdəkilər qızın ali təhsil almasına bir şərlə razı olublar ki, onlar deyən narkoman, özündən 10 yaş böyük oğlanla ailə qursun. Oğlanı zərgər kimi qələmə veriblər, elə biliblər qızları qızıl teştdə üzəcək, qızıl teştə qan qusma ehtimalını nəzərə almayıblar. Narkomandan zərgər olar? Yaqin bir-iki dəfə qızılları satıb, qovulub. Taksi sürürmüş...
    Telefonu açmadığı üçün gəlib öldürüb. Nəzərə almayıb hamamda ola bilər, körpəuşaqlıdı, yorğunluqdan yata bilər, səsi alınmış olar, iş görmüş olar... Bu hadisə mənə çox pis təsir edib. İstəyirəm işgəncə ilə tez gəbərsin, cəhənnəmə vasil olsun


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR