AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danosbazlıq kimə lazımdi? - Sifarişləşmiş media müsabiqələrinə SÖZARDI

  • + A
  • - A
  • 11-08-2023, 17:29

    Danosbazlıq kimə lazımdi? - Sifarişləşmiş media müsabiqələrinə SÖZARDI

    İllərdir Dini Qurumlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirəm. Əksər yazı müsabiqələrində həvəsləndirici, bir dəfə 3-cü yer üzrə qalib olmuşam. Bu sahə üzrə özümü ixtisaslaşmış jurnalist hesab edirəm.
    Bu il Komitənin müsabiqə yazısında qalib ola bilmədim. Yer vermədilər... Bəli, məhz yer vermədilər. Qaliblər hamısı dövlətdən maliyyələşən saytların əməkdaşlarıdır. Təkcə o Komitə deyil, digər qurum və ADY da müsabiqədə yazılan yazıları keyfiyyətlə yox, kəmiyyətlə ölçdü. Yani jurnalistin hansı saytda işləməsi, saytın hardan maliyyələşməsi əsas rol oynadı. Fikirlərimdə iddialıyam, lazımdısa, imzasız bütün yazılar neytral mütəxəssislər tərəfindən oxuyub qiymətləndirilsin, görək kimin yazısı hansı səviyyədədir. Azərbaycan Dəmir Yolları şəxsi ədavəti önə çəkib məni 39 nəfərdən biri də görmədi, bu, başqa günün, başqa vaxtın mövzusudu, edəcəm bu söhbəti, yazacam bu mövzunu.
    İştirak etdiyim müsabiqələrdən biri də ədalətinə güvəndiyim Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə oldu. O müsabiqənin varlığından iyunun 30-u həmkarlarla media-turdan qayıdanda xəbər tutdum, vaxtın bitməsinə saatlar qalırdı. Tələsik bir yazı yazdım, təbii ki, yer tutmadım. Amma Mərkəz anlayış və mədəniyyət göstərərək müsabiqə qaliblərinin adlarını və onların yazılarının linkini bütün müsabiqə iştirakçılarına yollamışdı. Obyektivliyin bu dərəcəsi yəni...
    Gələk Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə. Bu Komitə hər il qaliblərin pullarını digər qurumlardan gec köçürüb. Bunu illərdi orda qalib olanlar da təsdiq edə bilər. Nə oldu, indi danosbazlığa başladılar? Təbii ki, sifarişlidir bu danosbazlıq. Cəsarətləri çatırsa, çıxıb arqumentlərlə etiraz bildirsinlər. Yoxsa, çox gülünc və qərəzli görünürlər.
    Jurnalistlərin Şuşa səfərində də stəkan davası və Eynulla Fətullayevlə bağlı hadisədə də olayın yalnız danoslarla təhrif forması yayıldı, birmənalı qarşılanmadı.
    Cəsarətli olun, əfəndilər, danosluq ayaq altı qazmaq demək, heç kimə şərəf gətirmir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR