AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsi təşkili edilib - FOTOLAR

  • + A
  • - A
  • 12-08-2023, 14:25

    Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsi təşkili edilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin təşkili” adlı layihəyə Astara rayonunda start verilib.
    Düşərgə çərçivəsində təşkil olunan 2 günlük təlimlərdə 15 nəfər nitq və eşitmə qabiliyyəti məhdud gənclər iştirak edir.

    Təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadənin verdiyi məlumata görə layihənin əsas məqsədi nitq və eşitmə qabiliyyəti məhdud olan gənclərin karyera imkanları və peşə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

    Bu məqsədlə onlara 2 günlük qeyri-formal təlimlər zamanı layihəyə cəlb edilmiş təlimçi Fərid Seyfullayev tərəfindən nitq və eşitmə qabiliyyəti məhdud gənclərə özünü tanıma, xarakter tipinin müəyyən olunması, peşə seçiminə və özünü kəşf etməyə mane olan düşüncələr, uğurlu karyera üçün lazım olan şəxslərarası bacarıqlar, SWOT analiz, peşə seçimi etmək, motivasiya və ixtisas seçimi, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanmasl və s. mövzular tədris olunur. Təlimlər müasir təlim üsulları, qrup işləri, müzakirələr, təqdimatlar, simulyasiya və rol oyunları formatında keçirilir. Bütün proses təşkilatın jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dili olan jest dilinə tərcümə olunur.

    Layihənin gedişi və nəticələri haqqında ictimaiyyətə əlavə məlumatlar veriləcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR