AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RAMİZ MEHDİYEVİN MİLYARDER GƏLİNİ - 134 MİLYONLUQ PAY

  • + A
  • - A
  • 10-10-2023, 20:47

    RAMİZ MEHDİYEVİN MİLYARDER GƏLİNİ - 134 MİLYONLUQ PAY

    BANK BTB-nin sahibi olan NİGAR MEHDİYEVA haqqında bilmədikləriniz:

    İndex.az-ın məlumatına görə, onun bankdakı səhmlərinin dəyəri 130.6 milyon manat, rəsmi kapitalının ümumi dəyərinin 133, 9 milyon manatdır.

    "Bank BTB” ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur.

    NİGAR MEHDİYEVA, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT
    ...

    Onu da qeyd edək ki, Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub.
    1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb.
    2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb. Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb.
    Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq, hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim onkoloq kimi fəaliyyət göstərir

    Araşdırma Əli Oğuza məxsusdur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR