AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov rayon prokurorluğu müəmmalı ölümü araşdırmaq istəmir - ŞİKAYƏT

  • + A
  • - A
  • 5-06-2024, 08:59

    Nərimanov rayon prokurorluğu müəmmalı ölümü araşdırmaq istəmir - ŞİKAYƏT


    Mərhum Şükürov Böyükağa Böyükkişi oğlunun yaxınları ölüm səbəbi ilə bağlı cinayət işinin başlanmasını istəsə də, hansısa əl buna mane olur, müxtəlif səbəblərlə ölüm işinə görə cinayət işinin başlanmasını uzadır.

    Ölüm haqqdır. Adətən yaxınlarımız rəhmətə gedəndə vəfatı ilə barışmasaq da, qəbullanmalı oluruq. Torpaq ürəklərə sərinlik gətirir deyirlər. Dəfndən sonra elə bu təsəlli ilə də qalan ömrümüzü həyatda qalan əzizlərimizin könlü şad olsun deyə, toxdaq görünürmüş kimi keçirməyə çalışırıq. Amma Şükürov Böyükağa Böyükkişi oğlunun dünyasını dəyişməsi və tələsik dəfni onun bacı və qardaşlarının ürəyinə nəinki sərinlik gətirib, əksinə, qardaşlarının müəmmalı ölümü və narahat ruhu onların da yuxusunu ərşə çəkib.

    Azadmedia.az-a mərhumun qardaşı Şükürov Qabil müraciət edib. Onun sözlərinə görə mərhum qardaşı özünə, sağlamlığına baxan adam olub.
    Bir gün bacı-qardaşlar xəbər tutur ki, qardaşları vəfat edib, amma bunlara xəbər verilməyib. Mərhumun ailə üzvlərinin ölümə müxtəlif səbəb gətirmələri mərhum Böyükağanın qardaş və bacılarının şübhəsini biraz da artırıb.
    Qardaşın ölümü ilə qəbullanmayan bacı-qardaşlar adından qardaşlardan biri Qabil Şükürov Baş Prokurorun və digər hüquq-mühafizə orqanlarının qəbulunda olub.
    Qəbuldan sonra ölüm səbəbinin həkim səhlənkarlığının olub-olmamasının müəyyən olunması ilə bağlı ikinci dəfə ekspertiza təyin olunmuş və həmin ekspertiza Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”-nə həvalə olunmuşdur. Həmin ekspertiza tərəfindən Səhiyyə Nazirliyinin Ekspertiza Şöbəsindən fərqli olaraq qoyulan suallar müfəssəl şəkildə cavablandırılmış və ekspertiza rəyindən məlum olmuşdur ki, mərhumun vəfatına səbəb məhz həkimlər tərəfindən xəstəyə dinamik nəzarətin aparılmaması və cərrahi müdaxilənin vaxtında edilməməsi olmuşdur.
    Şikayətçi ilə söhbət zamanı bildirdi ki, ölüm saatı hər kağızda müxtəlif vaxt yazılıb. Deyir bizi inandırmaq üçün bir foto təqdim ediblər. Guya mərhumun son dəqiqələridir. 3 nəfərin əhatəsindədi mərhum, amma hər üçü müxtəlif geyimdə. Xəstəxanadırsa, hansı otaqdı, personallar niyə bu geyimdədir?

    Niyə ölüm saatları müxtəlif vaxt göstərilib? Niyə bacı-qardaşlara demədən tələsik dəfnə çalışlblar? Əgər ağır vəziyyətdə xəstəxanada yatıbsa, niyə bacı-qardaşlara məlumat verilməyib? Səhiyyə Nazirliyinin Ekspertiza Şöbəsi ölüm səbəbini hansı maraqlar əsasında gizlədib?
    Qabil Şükürov deyir o qədər suallar var ki, fikirləşirəm bəlkə də naməlum şəraitdə ölüb, İstanbul NS Klinikasında hansısa maraqlar qarşılığında guya orda vəfat etməsi düz-qoş edilib...
    Mərhumun qardaşı deyir ki, qardaşlarının ruhu narahatdır, bu, onun doğmalarına da əzab verir. Mərhum Şükürov Böyükağanın qardaş-bacıları qardaşları Şükürov Qabilin timsalında Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Bakı Şəhər Prokuroru Elşən Abbasova, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyova saytımız vasitəsilə bir daha müraciət edərək, işin ədalətli araşdırılmasını xahiş edirlər. İnanırıq ki, ölüm işi araşdırılacaq, haqq-ədalət yerini tapacaq.
    Sonda Qabil Şükürovun təqdim etdiyi məktubu, sənədləri və müəmmalı fotonu təqdim edirik. Şikayətçinin sözlərinə görə, "niyə xəstənin başı üstündəkilər müxlətif geyimdədir, İstanbul NS klinikasında belə geyinirlər?" sualından sonra təhqiqatçı bu şəkli işin arasından götürüb.
    İş üzrə iki dəfə ekspertiza təyin edilib. ilkin ekspertiza Azərbaycan Respublikası
    Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə tapşırılmışdır. Lakin Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən göstərilən suallar, ümumiyyətlə, cavablandırılmamış, ekspertiza tədqiqatı aparılmamış və rəydə təsviri-əsaslandırıcı tədqiqat metodları göstərilməmişdir.
    Fakt üzrə cinayət işi başlanılmalı olduğu halda Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmır. Prokurorluğun hansı səbəbdən cinayət işi açmaq istəməməsi suallara yol açır.
    Ölüm səbəbinin araşdırılmasını 3-cü dəfə təkrar Səhiyyə Nazirliyin Ekspertizasına veriblər rəy üçün. O ekspertiza 1-ci dəfə nə etdi ki, yenə nəsə gözlənilsin? Özü-özünü təkzib edən qərar verəcək? Bütün bunlar cinayət işinin başlanmasını uzatmaq və əngəl yaratmaq deyilmi?
    Mövzuya qayıdacağıq.

    Qeyd: Şikayətçinin əlaqədar şəxslərə yazdığı məktubu təqdim edir, inanırıq ki, haqq-ədalət yerini tapacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR