AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbəqədər və məktəb yaşı dövründə uşaqlarda rast gəlinən travmalar

  • + A
  • - A
  • 12-06-2024, 10:48

    Məktəbəqədər və məktəb yaşı dövründə uşaqlarda rast gəlinən travmalar

    Məktəbəqədər və məktəb yaşı dövründə uşaqlarda hansı travmalara rast gəlinir? Azadmedia.az-ın sualını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Tofiq Abdullayev cavablandırır:

    - Məktəbəqədər yaş dövründə uşaqlarda hansı travmalara rast gəlinir?

    - Məktəbəqədər yaş dövründə olan uşaqlarda travmatizmin bir çox növlərinə rast gəlinir. Lakin, dayaq-hərəkət aparatının travmalarının sayı üstünlük təşkil edir. Ən çox bu yaş uşaqlarda “mil sümüyünün başının yarımçıxığı”na təsadüf edilir. Uşağın əlindən birdən dartan, uşağı geyindirən və soyunduran, dar köynəyi əynindən çıxaran zaman qolunun sərt çəkilməsi zamanı mil sümüyünün başının yarımçıxığı baş verə bilər. Travma 1-3 yaş uşaqlarda daha çox olur. Bu zaman qol-dirsək oynağından azca bükülmə və sallanmış vəziyyətdə olur. Ona görə də. məsləhət görürülür ki, uşağı gəzdirən zaman ya paltardan, ya da xüsusi cilovdan istifadə edilsin.

    - Məktəb yaş uşaqlarda travmatizmin hansı növünə rast gəlinir?

    - Məktəb yaş uşaqlarda travmatizmin bütün növlərinə rast gəlmək mümkündür. Məktəb travmatizmi deyəndə məktəbdə baş verən travma başa düşülür. Bu travma dərs prossesi ilə əlaqəli deyil. İdman zamanı travmalar nəzərə alınmasa, məktəb travmalarının çoxu dərs fasilələri zamanına təsadüf edilir. Bu travmalar fasilə vaxtı pilləkəndən, partadan, pəncərə qabağından yıxılma nəticəsində baş verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR