AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədri “Mədəniyyət paytaxtı” film-konserti layihəsindən danışdı

  • + A
  • - A
  • 21-06-2024, 14:42

    QHT sədri “Mədəniyyət paytaxtı” film-konserti layihəsindən danışdı


    "2024-cü il ölkə başçısı Zati-aliləri İlham Əliyev cənablarının qərarı əsasında Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Həyata keçirdiyi layihələrlə daim, təməli Ulu Öndər Heydər Əliyev cənabları tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə xidmət edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi, Zati-aliləri İlham Əliyev cənablarının bu qərar əsasında ölkəmizdə il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə vermək məqsədi ilə “Mədəniyyət paytaxtı” film-konserti layihəsini hazırladı. Layihəmiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-cü il iyun və iyul aylarında reallaşdırılacaq. Hər zaman yeniliklərə açıq olan, yaradıcı fikirlərə daim dəstək olan, ölkə əhəmiyyətli işlərdə ön sıralarda olan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatımıza layihənin icrasında dəstək olduğuna görə Birliyimiz adından təşəkkürümüzü bildiririk".

    QHT.az xəbər verir ki, bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bildirib. Onun sözlərinə görə, artıq “Mədəniyyət paytaxtı” film-konserti layihəsini yaradıcı heyəti müəyyən edilib, hazırlıq işləri uğurla davam edir: "Film-konsertdə şair-ifaçı-bəstəkar Bəhram Nəsibovun Şuşa şəhərini və İslam dünyasını vəsf edən, ümumilikdə 4 mahnısı daxil edilib. Mahnılar ilk dəfə bu film-konsertdə ifa edilib ictimaiyyətə çatdırılacaq. Mahnılarla yanaşı film-konsertdə mövzu kadrarxası mətn və müsahibələrin dəstəyi ilə daha əhatəli əks olunacaq. “Mədəniyyət paytaxtı” film-konsertinin ssenari müəllifi mənəm. Mən müxtəlif telekanallarda video montajçı və montaj rejissoru kimi fəaliyyət göstərirəm. Ssenarilərim KİV-də çap edilib, folklorumuz əsasında yazdığım “Oxuyan göl” kitabı nəşr edilib. “Mədəniyyət paytaxtı” film-konsertində ifa ediləcək - “Şuşa qalası”, “Cıdır düzü”, “Vətən bağı”, “İslam dünyası” mahnıları üzərində istedadlı müğənni-bəstəkar Elnur Nuri çalışır".

    QHT sədri həmçinin bildirib ki, film-konsertin redaktoru yazıçı-ssenaristi, AYB-nin üzvü, Prezident təqaüdçüsü Şəbnəm Tofiqqızıdır: "İctimai Birliyimizin üzvü, müxtəlif illərdə Dövlət Televiziyası və özəl kanallarda çalışmış, tanınmış rejissor İman Məcidov film-konsertin çəkilişində quruluşçu rejissor kimi dəyərli məsləhətlərini və dəstəyini verəcək. Hal-hazırda “Mədəniyyət paytaxtı” film- konsertinin ssenari üzərində son tamamla işlərini aparırıq. Buna paralel olaraq mahnıların məşqi və yazılması üzərində çalışırıq. Film-konsertinin çəkilişlərinə İnşallah gələn ay başlamağı planlaşdırırq. Ümidvaram ki, bu film-konsert mədəniyyətimizə layiqli töhfə olmaqla yanaşı bu il Şuşa şəhərində qeyd olunan silsilə tədbirlər sırasına qoşulmağa müyəssər olacaq. Yeri gəlmişkən 22 iyun yaradıcılığını təbliğ etdiyimiz şair-ifaçı-bəstəkar Bəhram Nəsibovun 82 yaşı tamam olur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR