AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şübhə saçan siyahı - Nə üçün öndəyik?

  • + A
  • - A
  • 23-06-2024, 16:48

    Şübhə saçan siyahı - Nə üçün öndəyik?

    Son aylar Azərbaycanda kiberdələduzların sayı kəskin artıb. DİN mətbuat xidməti demək olar ki, hər gün dələduzluğun bu növü ilə bağlı cinayət hadisələri, maarifləndirici reklam çarxları hazırlasa da, statistika azalmır.
    Kiçik araşdırma ilə kiberdələduzluğa məruz qalan ölkələrin siyahısını əldə etdim. 1-ci yerdəyik. Görünür içəridə dələduz dəstəyə kömək verən görünməz əl var...
    Rəqəmlərə baxın, faiz nisbətinə baxın...
    Ekspertlərdən açıqlamalar aldım, məlum oldu ki, kiberdələduzluğa məruz qalsa da, banka dəyən zərəri vətəndaş ödəyir. Hər iki halda bank qazanır, ona görə də banklara sərf etmir müdafiəni daha da gücləndirsin, daha da təkmilləşdirsin, səbəbkar axtarsın, müştərisini qorusun. Çünki bu situasiyada olan vətəndaşa olur.
    Siyahıya baxanda aydın görünür ki, birinci yerlə ikinci yer arasında 40%-ə yaxın fərq var! Bu nə deməkdir? Hansı sübliminal mesajdır? Bizdə bank qura bilmirlər, yoxsa, bizim bankların sistemi başqadır?.. Yoxsa, elə oğurluğu edən bank əməkdaşlarıdır?..
    Niyə pul çəkilməsi zamanı yaşıl zolaq yaradılmır?
    Düşünməli bir sıra sual var. Cavab üçün isə məsələyə bir balaca məntiqlə yanaşmaq kifayət edir.
    Pulunuz varsa, əmlak alın, ya da qohum-əqrabaya deyin bankda saxlayıram, sonra borca gəlməsinlər, amma özünüz etibarlı yerlərdə pulunuzu qoruyun. Məndən sizə dost nəsləhəti. Bir daha əmin oldum ki, banklara yox, elə özünə etibar etməlidir hər kəs.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR