AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günəş şüası dərinizdə ağır fəsadlar yarada bilər - Həkim xəbərdar edir

  • + A
  • - A
  • 24-06-2024, 12:35

    Günəş şüası dərinizdə ağır fəsadlar yarada bilər - Həkim xəbərdar edir


    Yayın qızmar günlərini yaşayırıq. Günəş şüası dərimizdə hansı narahatlıqlar yarada bilər?
    Günəş şüası nə dərəcədə təhlükəlidir?
    Sualımıza Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov aydınlıq gətirib.
    Həkim-dermatoveneroloqun sözlərinə görə istənilən insan uzun müddət Günəş altında qaldıqda, onda narahatçılıq yaranır. Dəriyə birbaşa düşən intensiv şüalar birinci mərhələdə dəridə yüngül qızartı və qaşınma əmələ gətirə bilər. Lakin daha həssas insanlarda qizartılar arta bilər. Prosesə dərialtı toxumalar da qoşulur. Dəridə tripremiya, şişkinlik, göyərmə və qaşınma hissi və nəticədə suluqlar əmələ gələ bilər. Bu artıq Günəş şüasının təsirindən dəridə əmələ gələn intoksikasiyadır. Yəni, şüaların təsirindən dəridə və dərialtı toxumada toksiki maddələr və trofiki pozğunluqlar əmələ gəlir. Bu proses bəzən çox tez, bəzən isə bir günə baş verir. Sonra prosesə ikincili infeksiya qoşulduqda, vəziyyət bir qədər də mürəkkəbləşir. Qərtməklər, eroziv yaralar və sulanma müşayət olunur.

    - Bəs bunun əmələ gəlməməsi üçün nə etməliyik? - sualımıza cavab verən İlqar doktor bildirdi ki, Günəş şüalarına həssas olan insanlar mütləq qoruyucu kremlər istifadə etməlidirlər. Bütün bədəni örtən ağ paltar geyinmək tövsiyə olunur. Lazım gəldiyi təqdirdə çətirdən istifadə edin, çünki əmələ gələn narahatçılıqlar bütün yay boyu davam edəcək.
    Doktor onu da qeyd edib ki, fotodermativlər deyilən bu xəstəliklər ciddi narahatlıqlar yaradır. Belə insanlar vitaminli qidalar, sərin mayelər, əsasən də sudan bol istifadə etməlidirlər. Çünki intensiv şüalar dəri xərçəngi, həmçinin maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan digər xəstələlikləri yarada bilər. Bəzi hallara bu yanıqların yerində uzunmüddətli piqment ləkələr qalır və müalicəyə çətin tabe olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR