Elektron idman üzrə ilk Olimpiya Oyunları 2025-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsi Səudiyyə Ərəbistanını gələn il elektron idman növləri üzrə Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə kimi təsdiqləyib.
Qeyd edək ki, bu qəbildən olan yarışlar ilk dəfədir keçirilir və oyunların özü də cəmi bir ay əvvəl yaradılıb.
Oyunların dəqiq hansı şəhərdə keçiriləcəyi hələlik məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.