AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS SAĞ QALAN İSRAİLLİ 20 GİROVUN HAMISINI SƏRBƏST BURAXIB

  • + A
  • - A
  • Bu gün, 13:41

    HƏMAS SAĞ QALAN İSRAİLLİ 20 GİROVUN HAMISINI SƏRBƏST BURAXIB

    Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İsrailə səfər edib.
    Ben-Qurion Hava Limanında Tramp israilli həmkarı İsaak Herzoq, baş nazir Benyamin Netanyahu və digər dövlət rəsmləri qarşılayıblar.
    Tramp İsrailə bu ölkə ilə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasını qeyd etmək üçün gəlib.
    Onun İsrail parlamenti Knessetə müraciət edəcəyi gözlənilir.

    Razılaşmanın ilkin mərhələsi artıq icra olunur – HƏMAS sağ qalan 20 israilli girovun hamısını sərbəst buraxıb.
    İsrail hərbi qüvvələri girovları təhvil alıblar.
    Mübadilə prosesi Qırmızı Xaç Komtəsi vasitəsi ilə həyata keçirilir.
    Girovlar Reim kəndinə gətirilib.
    İsrail xalqı xəbəri coşqu ilə qeyd edir.

    HƏMAS sözügedən şəxsləri 2023-ci il 7 oktyabrda İsrailə hücum edən zaman girov götürmüşdü.
    Hücum əməliyyatında 1200-ə yaxın şəxs öldürüb.
    Daha sonra İsrailin bu qruplaşmaya qarşı əməliyyatları zamanı Qəzzanın bombalanması 67 mindən çox insanın ölümünə səbəb olub.
    Tramp girov mübadiləsi ilə bağlı şərhində Qəzzada müharibənin sona çatdığını elan edib.

    Buna baxmayaraq, məlumata görə, razılaşmanın növbəti mərhələsi haqqında İsrail ilə HƏMAS arasında danışıqlar aparılmalıdır.
    “Hər kəs xoşbəxtdir. Və bu belə də davam edəcək. Qonşu ölkələr üçün möhtəşəm olacaq. Ərəb, müsəlman hər kəs üçün. Eyni zamanda, İsrail üçün” – deyə Tramp vurğulayıb.

    Trampın İsraildən sonra Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə gedəcəyi gözlənilir.
    İlkin razılaşmaya əsasən, HƏMAS-ın girovları sərbəst buraxılması müqabilində İsrail də 2 minə yaxın məhbus və saxlanılan şəxsi azad edəcək.
    Qeyd edək ki, atəşkəs razılaşması Trampın 20 maddəlik planına əsaslanır.
    Planda HƏMAS-ın Qəzzanın idaeəetməsindən kənarlaşdırılması və Britaniyanın sabiq baş naziri Toni Bleyrin rəhbərliyi altında müvəqqəti heyət tərəfindən idarə ediləcəyi nəzərdə tutulur.

    Bundan başqa, Qəzzada aclıq çəkən insanlar humanitar yardımla təmin olunacaq.
    Artıq humanitar yardım avtomobilləri Qəzzaya yola düşüblər.
    Bundan başqa, müharibə ilə əlaqədar Qəzzanı tərk edən yüz minlərlə insan da doğma torpaqlarına qayıdırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR