MELİSA QASIRĞASI ZAMANI ÖLƏNLƏRİN SAYI 49-A ÇATIB

“Melissa” qasırğası zamanı ölənlərin sayı 49-a çatıb. Qasırğanın yaratdığı küləyin sürətinin saatda 150 kilometrə qədər azaldığı müşahidə olunur.
Meteoroloqlar siklonun materik bölgələr üçün artıq təhdid təşkil etmədiyini bildiriblər.
Qasırğa Yamayka, Kuba, Haiti və Baham adalarında dağıntılartörədib.
Ən çox ölüm halı 30 nəfər olmaqla Haitidə qeydə alınıb. Yamaykada 19 nəfər ölüb.
Rəsmilər dağıntıların adanın qərb hissəsində daha çox olduğunu, burada on minlərlə sakinin işıqsız qaldığını deyiblər.
Əhalinin humanitar yardıma ehtiyac duyduğu qeyd olunur.
Artıq Amerika Birləşmiş Ştatlarından ilk yardım gəlib. Eyni zamanda, itkin olduğu ehtimal edilən insanların axtarışı başladılıb.
Ölü sayının arta biləcəyi ehtimal olunur.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
