Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-dən 3-dək Misir Ərəb Respublikasında işgüzar səfərdə olacaq.
Bu barədə məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.
Qeyd olunub ki, səfər Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. Xaçaturyan Qahirədə keçiriləcək Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan Prezidentinin beynəlxalq tərəfdaşlarla bir sıra görüşləri də planlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.