ABŞ və Cənubi Koreya müdafiə nazirlərinin görüşü keçiriləcək

Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek və Pentaqon rəhbəri Pit Heqset noyabrın 4-də Seulda iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə 57-ci konsultativ görüş keçirəcək.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Pentaqon rəhbəri artıq Cənubi Koreyada səfərdədir.
Agentliyin məlumatına görə, konsultativ görüş mühüm hərbi siyasi məsələlərlə bağlı koordinasiya və məlumat mübadiləsinin aparılması məqsədi daşıyır və müdafiə sahəsində ən yüksək səviyyədə gündəlik dialoq mexanizmidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.