II Qareginin qardaşı və qardaşı oğlunun həbsi ilə bağlı məhkəməyə müraciət edilib

Ermənistan İstintaq Komitəsi Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə bütün ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyanın həbsi ilə bağlı müraciət edib. Ermənistan KİV-i xəbər verir ki, bunu vəkil Ara Zöhrabyan sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayət təqibi haqqında qərarı yalnız bir nəfərin ifadəsi əsasında qəbul edib: "Nersisyanların özlərinin ifadələrini və təqdim olunmuş videomateriallar nəzərə alınmayıb. Ancaq bunlar iş üçün həlledici əhəmiyyət daşıya bilərdi".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.