AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sİ CİN PİN RUSİYA NÜMANYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

  • + A
  • - A
  • 4-11-2025, 12:22

    Sİ CİN PİN RUSİYA NÜMANYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

    Çin prezidenti Si Tsinpin Rusiya ilə qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Pekində Rusiya baş naziri Mixail Mişustinlə görüşən Si bildirib ki, “turbulent beynəlxalq şəraitə baxmayaraq” Çin-Rusiya münasibətləri daha yüksək səviyyədə inkişaf edir.

    Görüş Rusiya ilə Çin arasında ticarət əlaqələrinin Qərb sanksiyaları səbəbindən zəiflədiyi bir vaxtda keçirilib. Kreml Mişustinin səfərini “strategiya baxımından əhəmiyyətli” adlandırıb.

    Si Tsinpin enerji, kənd təsərrüfatı, aerokosmik sənaye, rəqəmsal iqtisadiyyat və “yaşıl inkişaf” sahələrini əməkdaşlığın prioritet istiqamətləri kimi göstərib. Rusiya tərəfi isə qarşılıqlı sərmayələrin cəlbi və birgə layihələr üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

    İki ölkə 2022-ci ilin fevralında – Ukraynada müharibə başlamazdan bir neçə gün əvvəl “məhdudiyyətsiz tərəfdaşlıq” sazişi imzalamışdı. Həmin vaxtdan Rusiya sanksiyaların təsirini azaltmaq üçün Pekinlə iqtisadi əlaqələri gücləndirib.

    Lakin son aylarda ABŞ-ın təzyiqləri fonunda Çin-Rusiya ticarət dövriyyəsində azalma müşahidə olunur. ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalarından sonra Çin dövlət neft şirkətləri Rusiya neftinin dəniz daşımalarını dayandırıb.

    Pekində yayımlanan birgə bəyanatda tərəflər “bütün sahələrdə əməkdaşlığın gücləndiriləcəyini və xarici çağırışlara birgə cavab veriləcəyini” bəyan ediblər.

    Rusiya həmçinin “vahid Çin” prinsipinə sadiqliyini və “Tayvan müstəqilliyi”nə qarşı çıxdığını təsdiqləyib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR