AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

O da vitse-prezident olmaq istəyir

  • + A
  • - A
  • Bu gün, 15:56

    O da vitse-prezident olmaq istəyir

    ABŞ dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezident postuna namizəd kimi nəzərdən keçirilir.

    Bu barədə “Politico” nəşrinə Vaşinqton administrasiyasındakı mənbə məlumat verib.

    Mənbənin bildirdiyinə görə, əgər hazırkı vitse-prezident Cey Di Vens Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürsə, Rubio onun vitse-prezident kimi komandasına daxil ola bilər.

    Rəsmi şəxsin sözlərinə görə, Cey Di Vens prezidentliyə, Marko Rubio isə vitse-prezidentliyə namizəd olacaq.

    Rubio özü də Vensi Donald Trampın ən real varisi kimi görür və onun namizədliyini dəstəklədiyini açıq şəkildə bildirib.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl həm Vensi, həm də Rubionu dəstəklədiyini bəyan edib, lakin üçüncü dəfə prezidentliyə namizəd olmağı planlaşdırmadığını açıqlayıb. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, prezident iki müddətdən artıq seçilə bilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR