AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Latın Amerikası ilə Aİ-nin birgə sammitində 50 maddəlik razılaşma elan olunub

  • + A
  • - A
  • Bu gün, 12:52

    Latın Amerikası ilə Aİ-nin birgə sammitində 50 maddəlik razılaşma elan olunub

    Kolumbiyanın Santa Marta şəhərində keçirilən CELAC–Aİ sammitində Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələrinin liderləri 50 maddədən ibarət birgə bəyannamə açıqlayıblar. İki gün davam edən görüşün məqsədi qlobal siyasi gərginliklərə baxmayaraq tərəflər arasında əməkdaşlığı gücləndirməkdir. Kolumbiya Prezidenti Qustavo Petro mətbuat konfransında demokratik dialoqun mümkün olduğunu bildirib və bəyannamənin bu konsensusu nümayiş etdirdiyini vurğulayıb. Rəsmi Bogota sammitin yekununda bərpa olunan enerji, ərzaq təhlükəsizliyi, maliyyələşmə və texnoloji əməkdaşlıq üzrə sənədlərin imzalanmasını gözlədiyini açıqlayıb.

    Lakin ABŞ-ın Karib dənizi və Sakit okeanda narkotik daşıdığı iddia olunan gəmilərə qarşı hərbi əməliyyatı görüşün əsas mübahisə mövzusu olaraq qalır. Sentyabrdan bəri bu hücumlar nəticəsində 60-dan çox insanın həlak olduğu bildirilir və Prezident Petro bu addımı “məhkəməsiz edamlar” adlandırır. Müzakirələrə sammitin nüfuzuna dair narahatlıqlar da təsir edib, çünki bir sıra yüksək səviyyəli Avropa rəsmiləri — o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Almaniya Kansleri Fridrix Merz — tədbirə qatılmayıb. Kolumbiya XİN bu vəziyyəti BMT-nin iqlim sammiti ilə qrafik üst-üstə düşməsi ilə izah edib. Sammitin önəmini vurğulamaq üçün Kolumbiya Braziliya Prezidenti Lula da Silvanın və İspaniya Baş naziri Pedro Sançesin iştirakı kimi nüfuzlu nümayəndə heyətlərini ön plana çıxarIb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR