Pakistanın Müdafiə naziri ölkəsindəki terrordan danışıb

Pakistanın müdafiə naziri Xavaca Asif İslamabadda baş verən terror hücumundan sonra ölkənin terrorizmə qarşı müharibə vəziyyətində olduğunu bildirib.
Bu barədə o, sosial media hesabında məlumat verib.
"Bu, bütün Pakistan üçün bir müharibədir, burada ordumuz hər gün qurbanlar verir və insanlara təhlükəsizlik hissi yaşadır", - deyə nazir yazıb.
Nazir vurğulayıb ki, hazırkı vəziyyətdə sərhəddəki vəziyyətin həlli ilə bağlı Kabil ilə uğurlu danışıqlara böyük ümidlər bəsləmək olmaz.
Xatırladaq ki, bu gün günortadan sonra İslamabadda məhkəmə binasının qarşısında törədilən hücum nəticəsində ən azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb. Taliban hərəkatının nümayəndələri məhkəmə binasında baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.