AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb

  • + A
  • - A
  • Bu gün, 13:24

    Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb

    Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb. Bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.

    Bildirilib ki, digər iki hərbçinin nəşinin axtarılması yönündə işlər davam etdirilir.

    Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR