Papuaşvili: Avropa Komissiyası Gürcüstanla dialoqu deyil, qarşıdurmanı seçir

Avropa Komissiyası (AK) Gürcüstanı Avropa İttifaqının genişlənməsi məsələlərinə həsr olunmuş birinci foruma dəvət etməyib və Brüssel bu addımla dialoqu deyil, qarşıdurmanı seçir.
Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Bu, rəsmi Brüsselin qarşıdurma deyil, dialoq, direktiv deyil, söhbət kimi qəbul etdiyimiz Avropa dəyərlərindən uzaqlaşdığının daha bir təsdiqidir", - o bildirib.
O vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqı ilə hazırkı münasibətlərindəki əsas problem Avropa dəyərlərinə əks baxışdır.
Baş nazir qeyd edib ki, Brüssel Avropa dəyərlərinə qayıdan kimi münasibətlərdəki bütün maneələr dərhal aradan qaldırılacaq.
Xatırladaq ki, ötən gün AK-nın rəsmi nümayəndəsi Giyom Mersye bildirib ki, Gürcüstan Avropa İttifaqının genişlənməsi məsələlərinə həsr olunmuş birinci foruma dəvət edilməyib, çünki Tbilisinin zəruri islahatlardan və demokratiyadan uzaqlaşdığı müşahidə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.