Almaniya yeni dronlarını göstərəcək

Almaniyanın "Aerodata" şirkəti 2025-ci ildə Dubayda keçiriləcək beynəlxalq "Dubai Airshow" sərgisi çərçivəsində "MALE" (orta hündürlükdə, uzun müddətli uçuş) sinfinə aid yeni kəşfiyyat dronu "AeroForce X"i təqdim edəcək.
Bu barədə "Defence Network" nəşri xəbər verir.
Qeyd olunur ki, təyyarə tipli cihaz klassik kəşfiyyat missiyalarını yerinə yetirmək və radioelektron kəşfiyyat aparmaq imkanına malik olacaq. İkimühərrikli dronun maksimal uçuş çəkisi təxminən beş ton olacaq və o, 1,3 tona qədər faydalı yük daşıya biləcək. Uçuş müddəti isə 40 saat təşkil edəcək.
İstehsalçı vurğulayır ki, "AeroForce X" tamamilə Almaniya istehsalıdır. Cihaz ABŞ tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmayacaq, bu səbəbdən "Aerodata" dronları xarici sifarişçilərə tədarük edə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.