AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“KANNİBAL” QASIRĞASI GPS VƏ RABİTƏ SİSTEMLƏRİNİ POZA BİLƏR

  • + A
  • - A
  • Bu gün, 14:54

    “KANNİBAL” QASIRĞASI GPS VƏ RABİTƏ SİSTEMLƏRİNİ POZA BİLƏR

    ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi — NASA — güclü Günəş fəallığı səbəbindən planlaşdırılan buraxılışını təxirə salıb. “KANNİBAL”” adlandırılan bu nadir hadisə iki fərqli Günəş fırtınasının toqquşması nəticəsində yaranır və son 20 ilin ən güclülərindən biri hesab olunur.

    Britaniya Geoloji Xidməti xəbərdarlığını maksimum səviyyəyə qaldıraraq, artıq bəzi rabitə və peyk naviqasiya sistemlərində nasazlıqların qeydə alındığını bildirib. Fırtınanın bu gün Britaniya və Avropa üzərinə çatacağı gözlənilir.

    NASA-nın “ESCAPADE” adlı missiyası Jeff Bezosun “Blue Origin” şirkətinə məxsus “New Glenn” raketi ilə Marsa göndərilməli idi. Lakin agentlik buraxılışın kosmik hava şəraiti sabitləşənədək təxirə salındığını açıqlayıb.

    Mütəxəssislər xəbərdarlıq edirlər ki, fırtına GPS, rabitə sistemləri və enerji xətlərində fasilələrə səbəb ola bilər. Bununla yanaşı, bu fenomenin nəticəsində bu gecə Şimal işıqları dünyanın bir çox yerində müşahidə edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR