AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan və Ermənistanın tranzit potensialından istifadə imkanları müzakirə edilib

  • + A
  • - A
  • 14-11-2025, 22:10

    [img=left]https://azadmedia.az/uploads/posts/2025-11/1763143855_gurcustan-ermenistan.jpg[/img

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkənin tranzit potensialından səmərəli istifadə imkanlarını müzakirə ediblər.

    Ermənistan KİV-i xəbər verir ki, tərəflər arasında danışıq Mirzoyanın Tbilisiyə səfəri çərçivəsində baş tutub.

    Onlar strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı və avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları müzakirə ediblər.

    Mirzoyan Vaşinqton sammitinin nəticələrinin region üçün yeni imkanlar açdığını vurğulayıb və Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstana minnətdarlığını bildirib.

    Tərəflər həmçinin beynəlxalq hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR