II QAREQİNİN QARDAŞININ İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Ermənistanda Katolikos II Qareqinin qardaşı Qevork və qardaşı oğlu Ambartsum Nersisyanlar barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Ermənistan mediası ölkə prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, onlar “Respublika” partiyasının Vaqarşapatdakı seçkiqabağı təşviqatına mane olmaqda ittiham olunurlar.
İstintaqın versiyasına görə, noyabrın 1-də Voskeat kəndində (Vaqarşapatın böyük icmasına daxil olan) Qevork və Ambartsum Nersisyanlar mübahisə yaradaraq partiyanın seçkiqabağı bukletlər paylayan üzvünü təhqir ediblər.
Hadisə ilə bağlı araşdırma başa çatdırılıb və iş müvafiq ittiham aktı ilə məhkəməyə təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.