ABŞ VƏ Aİ RƏSMİLƏRİ BRÜSSELDƏ GÖRÜŞ KEÇİRİB

ABŞ VƏ Avropa İttifaqı rəsmiləri Brüsseldə görüş keçirib. Görüş zamanı rəsmilər ticarət əlsqləri və iqisadi inkşafla bağlı müzakirələr aparıblar .
ABŞ Ticarət naziri Hovard Latnik Brüsseldə keçirilən danışıqlardan sonra Avropa İttifaqını Vaşinqtonun “ən vacib iqtisadi tərəfdaşı” adlandırıb. O deyib ki, iki tərəf arasında aparılan ticarət görüşləri məhsuldar keçib və ABŞ–Aİ ticarət razılaşmasının “yenidən qurulmasına” imkan yaradıb.
Nazirin sözlərinə görə, ABŞ-ın iqtisadiyyatı 30 trilyon dollar, Avropa İttifaqınınki isə 20 trilyon dollar həcmindədir:
“Əgər biz standartları birlikdə formalaşdırsıq, bu 50 trilyon dollarlıq ticarət bloku dünyanın ən mühüm iqtisadi gücünə çevrilir”.
Danışıqlarda əsas müzakirə mövzularından biri Aİ-nin ABŞ-dan Avropa məhsullarına tətbiq edilən tariflərlə bağlı daha geniş güzəştlər istəyi olub. Bunlara şərab, spirtli içkilər və bəzi kənd təsərrüfatı məhsulları daxildir. Brüssel, həmçinin, Avropa poladına və sənaye məhsullarına qarşı mümkün yeni araşdırmalarla bağlı narahatlığını bildirib.
Amerikalı rəsmilər isə öz növbəsində, ABŞ şirkətlərinin “bərabər rəqabət mühiti” üçün Aİ qanunvericiliyində sürətli dəyişikliklərə ehtiyac olduğunu vurğulayıblar.
Diplomatik mənbələrin bildirdiyinə görə, Vaşinqton danışıqlar zamanı Aİ-daxili gecikmələrə görə narazılığını ifadə edib və xəbərdarlıq edib ki, həllini tapmayan məsələlər təchizat zəncirləri və texnologiya sahəsində daha geniş əməkdaşlığa mənfi təsir göstərə bilər.
qeyd edək ki Brüsseldə keçirilən görüş tərəflər arasında son aylarda yaranmış siyasi gərginlik fonunda ticarət münasibətlərinə yenidən dinamika gətirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.