AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAPONİYA VƏ ABŞ LİDERLƏRİ UKRAYNANIN TALEYİNİ MÜZAKİRƏ EDİBLƏR

  • + A
  • - A
  • 25-11-2025, 09:09

    YAPONİYA VƏ ABŞ LİDERLƏRİ UKRAYNANIN TALEYİNİ MÜZAKİRƏ EDİBLƏR

    Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla Ukraynada sülhün bərqərar olması səylərini müzakirə edib.

    O, bu barədə Ağ Ev rəhbəri ilə telefon danışığından sonra açıqlama verib.

    Sanae Takaiçi, xüsusən də Trampın ona ABŞ-Çin münasibətlərinin vəziyyəti, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı barədə məlumat verdiyini bildirib.

    Yaponiyanın Baş naziri, öz növbəsində, G20 sammitində iştirak etməyən ABŞ Prezidentinə bu görüş haqqında məlumat verib: "İnanıram ki, biz Yaponiya ilə ABŞ arasında sıx əməkdaşlığı bir daha təsdiqləməyə müvəffəq olduq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR